“Atalanta” - “Vilyareal” matçı təxirə salındı – VİDEO

Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilməli olan “Atalanta” - “Vilyareal” matçı əlverişsiz hava şəraiti ucbatından təxirə salınıb.

Belə ki, oyunun keçiriləcəyi Berqamoda güclü qar yağıb. “Azzurri d'Italia” meydançası ağ örpəyə bürünüb.

İngilis hakim Entoni Teylor meydançaya baxış keçirdikdən sonra oyunun başlamasını 20 dəqiqə təxirə salmaq qərarına gəlib.

Lakin sonradan qarşılaşmanın cümə axşamına keçirilməsi qərara alınıb.

Mənbə: Sports.ru

0.26639199256897