Günəş və Ay qravitasiyasının bitkilərə və heyvanlara təsiri öyrənilib

Bütün bioloji orqanizmlərin, həm bitkilərin, həm də heyvanların fəaliyyət ritmləri Günəş-Yer-Ay sistemindəki qravitasiyanın qarşılıqlı təsirləri ilə sıx bağlıdır.

Bunu Braziliyanın Kampinas Universitetindən Kriştiano de Mello Gallep və Britaniyanın Bristol Universitetindən Deniel Robert tərəfindən aparılan bir sıra tədqiqatların meta-analizi sübut edir.

Bu barədə “Journal of Experimental Botany”də məqalə dərc edilib.

“Yer kürəsində həm canlı, həm də cansız hər şey Günəşdən və Aydan gələn cazibə qüvvələrinin təsirini ən azı qabarma və çəkilmə prosesində yaşayır. Planetdəki bütün orqanizmlər bu kontekstdə təkamül keçirib”, - deyə Gallep izah edir.

Günəş və Ayın qravitasiya axını nisbətən zəif ola bilər (Yerin birləşmiş cazibəsinin yalnız milyonda biri), ancaq tədqiqatlar göstərir ki, onun təsiri təkcə okeanlarda, çaylarda və göllərdə iri miqyaslı qabarma-çəkilmə proseslərinə deyil, həm də tektonik plitələrin yerdəyişməsində müşahidə olunur.

Mənbə: Gazeta.ru

0.37295293807983