Bakıda 17 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin gün səhər saat 8 radələrində 2005-ci il təvəllüdlü Xədicə Ağayevə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

0.24735713005066