“Zəfər” yatağının ehtiyatları ilə bağlı yekun rəqəmlər açıqlanacaq - FOTO

Azərbaycanda qızıl, mis və gümüş hasil edən Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkətinin daxili kəşfiyyat qrupu tərəfindən 19 yanvar 2021-ci il tarixində kəşfini elan etdiyi “Zəfər” yatağının mineral ehtiyatlarının yekun həcmi açıqlanacaq.

hakimiyyet.az-ın Britaniya şirkətindən əldə etdiyi məlumata əsasən, bunun üçün mineral ehtiyatların yekun qiymətləndirilməsi aparılacaq.

Bildirilib ki, 2022-ci ilin birinci rübündə bununla bağlı sənədin hazır olması gözlənilir. 

Xatırladaq ki, şirkətin daha əvvəlki hesabatında “Zəfər” yatağının minerallaşmış süxurlarının təxminən altı milyon ton olduğu bildirilib, orta hesabla 8 milyon ton minerallaşmış təbəqənin işlənməsi planlaşdırılırdı.

Qeyd edək ki, ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir. İlkin qazma işləri zamanı ümumi 7 675 metr uzunluğunda qazıntı işləri aparılıb, 12 qazma quyusu tamamlanıb. Ərazidə üç minerallaşmış zona müəyyən edilib.

Nigar Məmmədova

0.37506508827209