İtaliya Kubokunda 1/8 final mərhələsi davam edir.
hakimiyyet.az xəbər verir ki, mərhələnin maraqlı oyunlarından biri Neapolda baş tutub.
“Napoli” öz meydanında “Fiorentina” ilə qarşılaşıb.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Əlavə vaxtda isə 3 qol vuran qonaqlar yekunda 5:2 hesablı qələbə ilə növbəti mərhələyə yüksəliblər.