Azərbaycan Super Liqasının növbəti turu təxirə salınıb

Bu gün qadın voleybolçular arasında keçirilməli olan Azərbaycan Super Liqasının I dövrəsinin oyunları təxirə salınıb.

hakimiyyet.az xəbər verir ki, federasiya yaydığı məlumatda görüşlərin əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacağını bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Voleybol Federasiyasının İdman zalında saat 16:00-da “Azərreyl”lə “Abşeron” oyunu, 18:00-da isə UNEC – “Murov” görüşünün keçirilməsi nəzərdə tutulmuşdu.

0.27001595497131