Ağcabədidə qəza zamanı uşaq həlak olub

Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

APA xəbər verir ki, 32 yaşlı Vəliyev Etibar Zalış oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq aşıb. 

Nəticədə sürücünün 8 yaşlı oğlu Vəliyev Ramal həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

0.59710812568665