Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

0.35623598098755