Dövlət Agentliyində yeni TƏYİNAT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Etibar Bağırov təyin edilib.

Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.

Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərinin sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir.

0.31208896636963