Londonun Moda evi dağıstanlı nənələrin üslubundan istifadə edib - FOTO

Britaniyanın “Burberry” brendinin yeni geyim kolleksiyası Dağıstanlı nənələrin geyimləri ilə müqayisə edilib. Belə ki, məşhur brendin təqdim etdiyi şəkillərə elə dağıstanlıların özləri şərh yazıblar.

“Nənələrimizə oxşayır? Bəli, çox. Dağıstanda, xüsusən də kənd yerlərində bir çox qadın belə gəzir”, “Kəndinizin qadınlarının birdən birə dəbli olduğu an”, “Dağıstan stili”, “Bəs deyoirdilər dağıstanlı qadınlar dəbsiz geyinirlər”, “Dağıstanlı nənələr onları plagiatda ittiham edərlər” kimi şərhlərlər istifadəçilər münasibət bildiriblər.

Yeni kolleksiya Qafqazda tanınmış bloqer Məryəm Qoryanka və stilist Məryəm Əmirbəyovanın da nəzərindən yayınmayıb. Geyim mütəxəssisləri britaniyalı modelyerlərin Dağıstanda təqaüdçülərin obrazlarını yaxşı təqdim edə bilmədiklərini bnildiriblər. M.Qoryanka buna misal ki, qeyri-peşəkar şəkildə bağlanılmış baş örtüyü göstərilib.

“London stilistlərinə nə məsləhət görərdim? Birincisi, üzün nisbətlərini pozmasınlar, alını kəsməsinlər və baş üçün belə yüksək qeyri-mütənasib topuz düzəltməsinlər. Fotoda gördüyüm variant 90-cı illərdə ölkəmizdə aktual idi”, - deyə Əmirbekova Qoryankanın sözlərini təsdiləyib.

 

Mənbə: İzvestiya

0.48107695579529