Emosional tükənmə zamanı həkim tövsiyəsi: Qabları qırın - FOTO

Özünüzdə emosional tükənmə əlamətlərini gördükdə, həkimə baş çəkməkdən əlavə ən ağlabatan şey, bir neçə həftəlik məzuniyyət istəməkdir.

Bu barədə rusiyalı psixoloq Svetlana Kolobova tövsiyələrini verib.

Onun sözlərinə görə, rəhbərlik işdən məzuniyyətə icazə vermədiyi təqdirdə, xəstəlik bülleteni götürmək olar.

“Burda utanılası heç nə yoxdur, çünki belə vəziyyətdə olan orqanizm həqiqətən bərpa olunmalıdır”, - deyə o, fikrini izah edib.

Həddindən artıq yorulanda, yığılan emosiyalardan qurtulmaq üçün, məsələn, aktiv idman eləmək eyni dərəcədə vacibdir. Psixoloq həmçinin qarajda üç litrlik bankaları divarlara vurmağı, meşəyə gedib qışqırmağı və s. tövsiyə edib.

“Metodlar qeyri-adi görünə bilər, lakin onlar toplanan emosiyaları atmağa kömək edir”, - deyə o əlavə edib.

Bundan əlavə, Kolobova qeyd edib ki, hər bir insanın “özünə kömək sistemi” olmalıdır.

“Bizə istirahət etməyə həqiqətdə nəyin imkan verdiyini bilməliyik. Serial? Kitab? Hamam? Masaj? Ulduz pozasında divanda uzanmaq? Hər şey ola bilər”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Mənbə: Moslenta

0.37028312683105