“20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”dəki hesabında yazıb.
“Şəhidlərimizi ehtiramla yad edirik”, - deyə nazir əlavə edib.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.
20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir. Şəhidlərimizi ehtiramla yad edirik.#20Yanvar #Hüzngünü pic.twitter.com/n1oAWxbVTF
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 20, 2022