Fransızların hicab qorxusu: İdman yarışları zamanı baş örtüsü qadağan edilə bilər

Fransa Senatı idman tədbirləri zamanı hicab taxmağın qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə səs verib.

Prezident Emmanuel Makron hökumətinin etiraz etdiyi qərar parlamentin yuxarı palatasında 160 səs lehinə, 143 səs əleyhinə olmaqla təsdiqlənib.

Siyasətçilərin fikrincə, bu tədbir dini neytrallıq məqsədi daşıyır.

Qeyd edək ki, son iyirmi ildə Fransada dini azadlıqların məhdudlaşdırılması siyasəti aparılır. 2004-cü ildə məktəblərdə dini rəmzlərin qadağan edilməsindən sonra 2011-ci ildə ölkədə ictimai yerlərdə hicab taxmaq da qadağan edilib.

Mənbə: sports.ru

0.37473392486572