Çexiyada yolun buzlanması 36 maşının toqquşmasına səbəb oldu: Yaralılar var

Çexiyada 36 maşının iştirakı ilə zəncirvari qəza baş verib.

Plzen-Praqa magistralında baş verən qəza zamanı 22 minik avtomobili və 14 yük maşını toqquşub.

Hadisə nəticəsində dörd nəfər yaralanıb. Yaralılar helikopterlə Praqa xəstəxanasına çatdırılıblar.

Qəzaya yolun buz tutmasının səbəb olduğu ehtimal edilir.

Mənbə: RT

0.40761113166809