“Səbail” Yunanıstan klubuna keçəcəyi gözlənilən futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.
hakimiyyet.az xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə sözləşmənin müddəti 1 il uzadılıb.
Daha əvvəl Yunanıstanın “Olimpiakos” (Volos) klubu Manafovla anlaşdığını və tezliklə müqavilə imzalayacağını bildirmişdi.