İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İranın Milli Qaz Şirkəti Türkiyəyə mavi yanacaq nəqlinin bərpa olunduğunu açıqlayıb.

Bu barədə cümə günü “Shana” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 19-da yaranan texniki nasazlıqlar aradan qaldırılıb.

İran tərəfi bildirib ki, Türkiyə stansiyasında qaz sızması baş verib.

Qeyd edək ki, İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansındakı payı 16%-ə yaxın olub.

Mənbə: TASS

0.41851305961609