İstanbul hava limanında uçuşların bir hissəsi ləğv ediləcək

Türkiyədə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbulun Sabiha Gökçen Hava Limanında sabah həyata keçirilməsi planlaşdırılan uçuşlar 25% azaldılacaq.

Bu barədə Hava Limanı və Aviasiya Sənayesi İdarəsi tərəfindən yayılan açıqlamada bildirilib.

Bütün sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet səhifələrindən və zəng mərkəzlərindən izləmələri tövsiyə edilib.

Mənbə: TRT

0.52806091308594