Bakıda 63 yaşlı qadını avtomobil vurub

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

hakimiyyet.az xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində baş verib.

99-FY-072 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Süleymanova Lətifə Məhəmməd qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.35171890258789