Bakıda kişi 22 yaşlı arvadını bıçaqladı, məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirli bilinən Xəyyam Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

hakimiyyet.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin edilib. 

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Xəyyam Hüseynov 22 yaşlı həyat yoldaşı Əmiraslanova Sevil Vidadi qızını bıçaqlayıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşları tərəfindən saxlanılan Xəyyam Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

0.29771113395691