Bloqer populyar gözəllik prosedurunun dəhşətli nəticələrini göstərdi - VİDEO

Amerikalı peşəkar vizajist və bloqqer Jaklin Hill  populyar gözəllik prosedurunun dəhşətli nəticələrini yaşayıb və dəyişdirilmiş üzünün görüntülərini “TikTok”-da paylaşıb.

Xanım etiraf edib ki, bir müddət əvvəl iplə dartma prosedurunun köməyi ilə görünüşünü yaxşılaşdırmaq qərarına gəlib. Bu prosedur üzün formasını cavanlaşdırmaq, korreksiya etmək məqsədi ilə cərrahi sapların dərialtı yeridilməsini nəzərədə tutur və sağlamlıq üçün təhlükəsiz sayılır. Lakin kosmetik müdaxilədən sonra qadının üzü şişib və eybəcər cizgilər alıb.

Hill şişkinliyin üç aydır ki, davam etdiyindən şikayətlənib.

 

0.33055210113525