Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, Avropanın lider ölkələri Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulunu dəstəkləyiblər.
Litva prezidenti bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Beş saatlıq qızğın müzakirələrdən sonra Aİ liderləri Ukraynanın Avropaya inteqrasiyasına “hə” dedilər. Proses başlayıb. İndi bunun nə qədər tez başa çatdıracağımız bizdən və ukraynalılardan asılıdır. Qəhrəman Ukrayna xalqı bilməyə layiqdir ki, onlar Aİ-də xoş qarşılanırlar”- Qitanas Nauseda vurğulayıb.
Qeyd edək ki, daha əvvəl də Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyanın bu ölkədəki hərbi əməliyyatını dayandırdıqdan sonra Ukraynanın Aİ-yə bərpasına yardım etməyə hazır olduqlarını bəyan etmişdilər.
A historic night at Versailles. After five hours of heated discussions EU leaders said yes to Ukrainian eurointegration. The process started. Now it is up to us and Ukrainians to accomplish it fast. Heroic Ukrainian nation deserves to know that they are welcome in EU.
— Gitanas Nausėda (@GitanasNauseda) March 11, 2022