Rusiya ordusunun tərkibində döyüşmək istəyən xarici ölkə vətəndaşlarının müraciəti yayılıb - VİDEO

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin Ukraynada davam edən hərbi əməliyyatlara xaricdən gələn könüllü döyüşçülərin cəlb edilməsinə müsbət yanaşdığını bildirib.

O, Rusiya müdafiə nazirinə xitab edərək könüllü şəkildə Rusiya ordusunun sıralarına qoşulmaq istəyən xarici ölkə vətəndaşlarının döyüş bölgəsinə göndərilməsinə köməklik göstərilməsini istəyib.

Artıq bir sıra “Telegram” kanallarında Suriya və Mərkəzi Afrika Respublikasından olan silahlı dəstələrin Rusiyası ordusunun tərkibində Ukraynaya qarşı döyüşməyə hazır olduqlarını əks etdirən videoları yayılıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

0.30421304702759