Rusiyada “Instagram”a qadağa qoyulur

Rusiya Baş Prokurorluğu “Instagram”a girişin məhdudlaşdırılması ilə bağlı “Roskomnadzor”a (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Xidməti) sorğu göndərib.

Qurum həmçinin “Meta”nın ekstremist təşkilat kimi tanınması və onun Rusiyada fəaliyyətinin qadağan edilməsi barədə məhkəməyə müraciət edib.

Öz növbəsində, İstintaq Komitəsi şirkətin Rusiya Silahlı Qüvvələrinə qarşı zorakılıq çağırışlarına icazə verən siyasətinə görə iki maddə ilə cinayət işi başladıb. “Meta”nın hərəkətləri ekstremizmə və terrorizmin təbliğinə ictimai çağırışlar kimi qiymətləndirib.

Qeyd edək ki, artıq “Roskomnadzor” sorğunu müsbət qarşılamaq və “Instagram”a girişi məhdudlaşdırmaq qərarına gəlib.

Mənbbə: RİA Novosti

0.39547991752625