Vitamin və dərmanların təsirini heçə endirən içkilər məlum oldu

Bəzi içkilər dərmanların və ya vitaminlərin effektivliyini azalda bilər.

Buna görə də onların nə ilə içildiyinə diqqət yetirmək vacibdir.

Qidalanma üzrə məsləhətçi Şon Uilkinsonun sözlərinə görə, vitaminləri qəhvə və ya çayla içsəniz, orqanizm üçün tamamilə faydasız olacaq. Bunun iki səbəbi var: istilik qida maddələrini məhv edir və belə içkilərin tərkibində olan müxtəlif taninlər və kofein vitaminlərin sorulmasına mane olur.

Bu, probiotikli içkilərə də aiddir. Onlar bağırsaqlar üçün həqiqətən də faydalıdır. Lakin antibiotiklər qəbul edirsinizsə, bu cür içkilərdən imtina etmək daha yaxşıdır. Həm antibiotiklər, həm də probiotiklər bakteriya olduğundan, birlikdə qəbul edildikdə bir-birlərini məhv edə bilərlər.

Dərmanları spirtli içkilərlə də qəbul etmək olmaz. Alkoqol sink, tiamin, B qrupu vitaminləri, fol turşusunun həzminə mane ola bilər.

Həmçinin, antibiotik qəbul edərkən spirtli içkilər içmək olmaz. Bu, yuxululuğa, başgicəllənməyə, həmçinin qusma və ürəkbulanmaya səbəb ola bilər.

Mənbə: ferra.ru

0.27065181732178