Oftalmoloq: “Müasir sürmələr gözlər üçün təhlükəlidir”

Oftalmoloq, Rusiya Dövlət Dumasının Səhiyyə Komitəsinin eksperti, professor, tibb elmləri doktoru Tatyana Şilova bildirib ki, kontakt linzaları taxan və eyni zamanda keyfiyyətsiz sürmə istifadə edən şəxs görmə qabiliyyətini itirə bilər.

Belə ki, keyfiyyətsiz kosmetik vasitələrin tərkibindəki zəhərli maddələr intoksikasiyaya səbəb olur.

“Belə məhsullardan istifadədən sonra gözlər qızarır, sulanır, görmə keyfiyyəti azalır. Allergik reaksiya baş verərsə görmə orqanında qaşınma, yanma hissi əmələ gələ bilər. Bu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır və uzun müddətli müalicə tələb edir. Bəzən isə hər şey gözün itirilməsinədək çox ciddi fəsadlara gətirib çıxara bilər”, - deyə həkim izah edib.

Oftalmoloq əlavə edib ki, toksik-allergik reaksiyalar gözün buynuz qişanın iltihabına səbəb olur. Bu xəstəlik nəticəsində, müalicədən sonra belə görmə keyfiyyəti azalır.

Mənbə: ura.ru

0.31514978408813