Hamilə qadın yuxusuz gecələrə minnətdarlıq kimi ərinə “Lamborghini” hədiyyə etdi - FOTO/VİDEO

Malayziyalı hamilə bloqer övladı doğulandan sonra ərinin çəkəcəyi əziyyətlərə görə ona “Lamborghini” hədiyyə edib.

@ayunieso24 ləqəbli istifadəçi bununla bağlı özünün “TikTok” hesabından video paylaşıb.

Kadrlardan görünür ki, 19 yaşlı gözəllik bloqeri Anes Ayuni Osman həyat yoldaşı Veldan Zulkeflini avtosalonlardan birinə aparır və orada ona mavi rəngli “Lamborghini Huracan Evo” hədiyyə etdiyini deyir.

Qeyd edək ki, bloqerin doğulduğu Kelantandakı ənənəyə görə, qadın doğuşdan sonra mümkün fəsadların qarşısını almaq üçün 100 gün ərzində fəaliyyətini məhdudlaşdırır. Onun həyat yoldaşı bu müddət ərzində əksər işləri, o cümlədən körpənin bezini dəyişməyi də öz üzərinə götürür və xanımına mümkün yardımı göstərir.

“TikTok” bloqeri də 20 yaşlı ərini gözləyən yuxusuz gecələrə minnətdarlıq üçün belə bir sürpriz hazırlayıb.

Mənbə: Lenta.ru

0.41669201850891