Makron Kiyevə səfər edə bilər

Fransa prezidenti Emmanuel Makron prezident Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib.

Bu barədə Fransa mətbuatı yazıb.

Makron səfərinin “faydasız” olmaması üçün vəziyyətin bir qədər aydınlaşmasına ehtiyac duyulduğunu vurğulayıb.

Həmçinin, Fransa prezidenti ukraynalı həmkarı ilə telefon söhbətində müharibə mövzusunu müzakirə edib.

Öz, növbəsində Zelenski də söhbətin təfərrüatlarını “Twitter”də yazıb.

“Mən Fransa prezidenti ilə dialoqu davam etdirdim. Biz Fransanın Ukrayna xalqına Rusiyanın təcavüzünə qarşı mübarizədə, xüsusən də müdafiə sahəsində dəstəyini müzakirə etdik. Sülh dialoqunun davam etdirilməsinə xüsusi diqqət yetirdik. Biz anti-müharibə koalisiyasını gücləndirməliyik”, - Ukrayna prezidenti qeyd edib.

Mənbə: rbc.ua

0.33462810516357