Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü Ursula fon der Leyenlə müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Komissiyasının sәdri Ursula fon der Leyen ilə danışıqlar aparıb.

Bu barədə dövlət başçısı özünün “Twitter” hesabından bəyan edib.

Ölkə rəhbərinin sözlərinə görə, onlar Ukraynanın Aİ-yə üzvlüyü barədə müzakirə aparıblar.

“Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının qərarı bir neçə ay ərzində hazırlanacaq. Hökumətə və Avropa Komissiyasına etibarnamə verilib. Biz birlikdə strateji hədəfimizə doğru irəliləyirik”, - deyə Zelenski bildirib.

0.42033290863037