Ebru Gündeş evli iş adamı ilə eşq yaşayır

İraqlı biznesmen Rassan Xoşnav ilə eşq yaşadığı deyilən türkiyəli məşhur müğənni Ebru Gündeşin gizli bir heyranı olduğu ortaya çıxıb.

Gündeşin evli iş adamı ilə sevgili olduğu barədə xəbər yayılıb.

Reza Zerrab ilə boşanandan sonra bir müddət sevgilisi olmayan müğənni Xoşnavla bağlı söz-söhbətlərə reaksiya verməsə də, iraqlı biznesmenin Gündeşin heç bir konsertini qaçırmadığı və onu həmişə ön sıradan izlədiyi məlum olmuşdu.

Sonradan yayılan xəbərlərə görə, Xoşnavın Cansu Taşkın, Şeyma Subaşı, Selin Ciğerciden tutmuş Bahar Candana qədər bir neçə məşhurla adı hallanıbmış. Onun boş qoyduğu masada indi Murat Ö. adlı biri oturur. Evli olan həmin şəxslə Ebru Gündeş bir dostu vasitəsilə tanış olub. Murat Ö. bir müddətdir həyat yoldaşı ilə ayrı evlərdə yaşayırlar. O, boşanmaq üçün məhkəməyə müraciət edib.

Gündeşin pərəstişkarı olan biznesmenin də onun bütün konsertlərinə gediyi və bir neçə gün əvvəldən bilet rezerv etdiyi bildirilir.

Mənbə: Yeni Birlik Gazetesi

0.52637696266174