“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi - FOTO

Türkiyənin “Kurtlar Vadisi Pusu” serialındakı Mete Aymar obrazı ilə tanınan İbrahim Gündoğan infarkt keçirərək həyatını itirib.

63 yaşlı aktyorun ölüm xəbərini sənətçi Süha Uyğur sosial media hesabında yazıb.

Aktyor bu gün dəfn ediləcək.

İlk dəfə 1992-ci ildə Nisə Serezlinin baş rolda oynadığı “Eda Hanım” serialı ilə aktyorluğa qədəm qoyan İbrahim Gündoğan “Ruhsar”, “Yılan Hikayesi”, “Sır Kapısı”, “Beşinci Boyut”, “Lale Devri”, “Kuzey Güney” və sair seriallarda rol alıb.

Mənbə: Haberler

0.31088995933533