Elza Seyidcahanın qızının gəlinlik qalmaqalı - AÇIQLAMA + VİDEO

Azərbaycanlı modelyer Şəlalə Maqsudova yeni açıqlaması ilə diqqət çəkib.

Modelyer MTV-də yayımlanan “10-da görüşək” proqramına qonaq olan zaman Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan danışıb. 

O bildirib ki, Seyidcahan qızı Gülşənin gəlinliyini onun hazırlamasını istəyib. Şəlalə xanım vaxtı olmadığını, işinin çox olduğunu desə də sənətçi uzun sürən təkiddən sonra onu razı sala bilib. Gülşənin nikah üçün tikdirdiyi donu isə başqa modelyer hazırlayıb. 

Maqsudovanın sözlərinə görə, onun öz əli ilə hazırladığı gəlinlik başqa modelyerin adından təqdim olunub.

Qeyd edək ki, Elza Seyidcahanın qızı Gülşən 2015-ci ildə fotoqraf Elxan Əlisatovla ailə həyatı qurub. Cütlüyün Səmərrux adlı azyaşlı övladı var. 

Daha ətraflı süjetdə:

0.28192114830017