Azərbaycanda üç uşaq anası yoxa çıxdı - FOTO

Bərdə rayonunda 26 yaşlı qadın itkin düşüb.

hakimiyyet.az xəbər verir ki, hadisə sentyabrın 26-da qeydə alınıb. 

1993-cü il təvəllüdlü Xalidə Məmmədova rayonun İmamqulubəyli kəndində yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Qeyd edək ki, X.Məmmədova üç uşaq anasıdır. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

0.32804083824158