Ayan Babakişiyevadan iddialı AÇIQLAMA: “Həyatımdakı kişi pullu olmalıdır”

Müğənni Ayan Babakişiyeva şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı verilişlərin birində bildirib ki, həyatına daxil olacağı insanın gəliri önəmlidir:

“Aylıq gəlir nədir? Günlük qazanc... Hər zaman demişəm və çəkinmirəm, bu həyatda pul sənin gücündür, səsindir, statusundur və səviyyəndir. Kim deyirsə ki, pulum olmasa da, hüzurum olsun, yalan danışır. Məsələn, mənim başım ağrıyır, həkimə getməliyəm. Pulum yoxdursa, necə gedim?

Hər zaman deyirəm ki, ay Allah, pulum olsun. Əgər özümə xırda da olsa, bizneslər qurmuşamsa, ayaqda dura bilirəmsə, həyatımdakı insan da məndən yuxarıda olmalıdır. Mənə yük olmamalıdır. Əslində belə deyəndə qıcıqlanırlar”.

0.36668419837952