Qubanın bu kəndi qazlaşdırıldı - VİDEO

Qubada 600-dən çox abonenti olan yaşayış massivinə ilk dəfə qaz verilib. 

hakimiyyet.az xəbər verir ki, rayonda bu il 13 məntəqə ilk dəfə təbii yanacaqla təmin edilib. 

Dörd mindən çox sakini olan Dəvədabanı yaşayış massivinə qaz xətləri çəkilib. Bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. 

Artıq 605 abonent mavi yanacaqla təmin olunub. Beləliklə, kəndlərin qazla təmin olunması bundan sonra təbiətin qorunmasına yardımçı olacaq və sakinlərin rahatlığını təmin edəcək. 

Qubada qazlaşdırılan yaşayış məntəqələrinin sayı 73-ə, qazdan istifadə edən abonentlərin sayı isə 29 min 142-yə çatdırılıb.

0.30547213554382