Türkiyəli aktrisanın boşanma səbəbi təəccüb yaratdı - FOTO

Türkiyəli məşhur aktrisa Naz Elmasla iş adamı Erol Özmandıracının boşanmağa qərar verdikləri məlum olub.

Cütlüyün boşanma səbəbi isə təəccüb doğurub.

Belə ki, 38 yaşlı aktrisa özündən 17 yaş böyük ərinə ana olmaq istədiyini bildirib. Əvvəlki evliliyindən və sevgilisindən uşağı olan biznesmen isə uşaq istəmədiyini deyib.

2019-cu ildə təmtəraqlı toyla evlənən Naz Elmas və Erol Özmandıracı bundan sonra ayrılmağa qərar veriblər. Bir-birlərini sosial şəbəkələrdə izləmədən çıxaran ər-arvad birgə fotolarını da siliblər.

Mənbə: Snob Magazin

0.47687911987305