Bakıda bazarda bir nəfər bıçaqlanıb

Bakının Sabunçu rayonunda gənc oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

1994-cu il təvəllüdlü Gülməmmədov Umud Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

0.32609295845032