Sabah bu ərazilərdə işıq olmayacaq

19 dekabr 2019-cu il Il tarixində saat 11:30-dan 14:00-dək Abşeron rayonu Saray qəsəbəsinin bəzi əraziləri (badam bağları), Novxanı ərazisinin bir hissəsinde elektrik enerjisi təchizatında qısamüddətli fasilə yaranacaq.

Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

“Azərişıq” yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

0.34623384475708