Avtomobilin vurduğu piyada kəllə-beyin travması aldı

Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Belə ki, Odlar Yurdu Universitetinin qarşısından yolu keçmək istəyən Bəhram Əsədovu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona alın nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.37160587310791