Gəncədə yolu keçmək istəyən qadını maşın vurub öldürdü

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. 

Hərəkətdə olan “Toyota Prado” markalı maşın yolu keçmək istəyən qadını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.35641813278198