Azərbaycanda şok: İcra başçısı və müavini həbs edildi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini həbs edilib.

hakimiyyet.az-ın məlumatına görə, icra başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məsələnin təfərrüfatı məlum deyil. 

Qeyd edək ki, Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bununla bağlı ilk məlumatı BakuPost.az yayıb.

0.30374598503113