Suraxanıda avtomobil iki nəfəri vurub

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.  

hakimiyyet.az xəbər verir ki, rayon ərazisində minik avtomobili 1964-cü il təvəllüdlü Qurbanov Sahib Seyidəli oğlu və 1973-cü il təvəllüdlü Quliyev Çingiz Çərkəz oğlunu vurub.  

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Ç.Quliyevə alının və dizin əzilmiş yarası, S.Qurbanova isə döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

0.37531495094299