Kərimdən kişi müğənnilərə ATMACA: “Özlərini “pörtlənmiş toyuğa” oxşadırlar” - VİDEO

Müğənni Kərim Abbasov plastik əməliyyat olunan kişi müğənnilər haqqında danışıb.

hakimiyyet.az xəbər verir ki, Kərim bu barədə “10-da görüşək” verilişində qonaq olarkən fikir bildirib.

“Mən çıxıb “Instagram”da qeyd etdim ki, “mən kök hüceyrə əməliyyatına gedirəm”. O vaxta kimi eşitmişdiniz ki, hansısa kişi müğənni çıxıb desin ki, əməliyyata gedirəm? Özlərini “pörtlənmiş toyuğa” oxşadıb gəlib deyirlər, özümündür. Mən əməliyyata gedəndə çıxıb dedim. Ürək sahibi olmaq var, cəsarət sahibi olmaq var. 99 faiz o ürək sahibi deyil. Çıxdım, mən dedim, kök hüceyrə əməliyyatı olunmuşam. Üstündən üç gün keçdi, biri çıxdı, dedi, “mən bədən şəkilləndirmə edirəm”, “mən filan şey edirəm”. Hamı əməliyyatını bölüşdü. Bu cəsarəti, cığırı mən açdım”.

İfaçının bu sözləri ilə yaxın günlərdə liposaksiya əməliyyatı ilə artıq çəkidən azad olan Nadir Qafarzadəyə söz atdığı düşünülüb.

Sözügedən videonu təqdim edirik:

 
Dilşad Bəhruzqızı
0.34517502784729