Həmidə Ömərova mərhum anasından danışdı: “Altı il elə bildi ki, o, mənim qızımdır” - VİDEO

“Anam 6 il elə bildi ki, o mənim qızımdır. Taleyin ironiyası. Anam itdi və səhəri gün mənə “Xalq artisti” fəxri adı verdilər. Hamı mənə zəng edib təbrik etdiyi bir zamanda, mən isə anamı küçə-küçə gəzib axtarırdım. 3 gün sonra anamı tapdım və ondan sonra namaz qılmağa başladım”.

Bu sözləri Xalq artisti Həmidə Ömərova ARB-də yayımlanan “Həmin Zaur” verilişinə qonaq olarkən deyib. 

Anasının ömrünün son 6 ilində altsheymer xəstəliyindən əziyyət çəkdiyini bildirən H.Ömərova yaşadığı çətin anlardan danışıb:

“Anamın şəklini böyüdüb, yoldan keçən insanlara göstərirdik. Bizə söylədilər ki, “Səməd Vurğun” bağına adətən belə insanlar gəlir. Yayın qızmar istisində laborantım Zülfiyyə Eldar qızı ilə anamı axtarırdıq. Əsəb xəstəlikləri klinikasına daxil olduq. Bu an isə Xalq artisti Rasim Balayev mənə zəng vurub, söylədi ki “sənə fəxri ad verəcəklər...”.

Daha ətraflı süjetdə:

0.26686716079712