İlahə Fəda: “Oğlum da yolunu azardı, narkotikə qurşanardı” - VİDEO

Müğənni İlahə Fəda “Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur” ifadəsindən sonra bir çox insanlar tərəfindən qınanıldığını etiraf edib.

hakimiyyet.az xəbər verir ki, müğənni bu barədə MTV-də yayımlanan “10-da görüşək” verilişində qonaq olarkən danışıb.

“Bu fikrimdən sonra insanlar məni yıxıb-sürüdü ki, “gör nəyə şükür edir”, “gör nə qədər pis insansan ki, Allah sənə analıq qismət etməyib” və s. Çox çətin bir zəmanədir, indiki gənclər də çox qeyri-adi hərəkətlər edirlər. Mənim oğlum da elə hərəkətlər edərdi, narkotikə qurşanardı, kiminsə qızını bədbəxt edərdi, yolunu azardı. Nə bilim, o qədər belə düşünürəm və şükür edirəm ki, yaxşı ki, o dərdi çəkməmişəm”, - deyə İlahə fikrinə aydınlıq gətirib.

Müğənni həmçinin hazırda oğlu ilə birlikdə Rusiyada yaşayan bacısı Fədayə Laçın haqqında da danışıb.

“Fədayənin Azərbaycana qayıtmaq fikri yoxdur. Fədayə küsüb getməyib. Orada Rəqsanə xanım konsert təşkil etmişdi. Sonra təklif oldu, qaldı. Daha sonra pandemiya başladı deyə qaldı. Pandemiyadan sonra da gəlmədi”, - deyə müğənni vurğulayıb.

Ətraflı süjetdə:

Dilşad Bəhruzqızı

0.25709915161133