Azərbaycanlı hamilə qadını qonşuları yanan binadan kəndirlə çıxardılar - VİDEO

Türkiyədə hamilə olan azərbaycanlı yanan binadan kəndirlə xilas edilib.

İHA-nın xəbərinə görə, İstanbul şəhərinin Qaziosmanpaşa ərazisində Azərbaycan vətəndaşının yaşadığı binada yanğın başlayıb.

Beşmərtəbəli binanın damında başlayan, səbəbi bilinməyən yanğın nəticəsində bina tüstüyə bürünüb.

Birinci mərtəbədə yaşayan hamilə azərbaycanlı tüstünün təsirindən pəncərəyə çıxıb.

Bunu görən yuxarı mərtəbədə yaşayan sakinlər ona kəndir uzadıb və qadın kəndirin köməyilə zədə almadan yerə düşə bilib.

Sonradan əraziyə gələn təcili yardımla hamilə azərbaycanlı qadını xəstəxanaya yerləşdiriblər.

0.3639988899231