Əməkdar artist Yusif Mustafayev ona “qocalmısan” deyənlərə əsəbiləşib.
hakimiyyet.az xəbər verir ki, bu barədə o, ARB-də yayımlanan “Xəbər ətər” verilişində danışıb.
“Bayaq girdim sizin ARB kanalının kollektivinə. Kim məni görür, deyir “ay Yusif, nə yaman qocalmısan”. Mən buyam. 67 yaşım var, 3 övladım, 8 nəvəm var. Mən necə edim? 10 bacı-qardaşıq, hamısının yükü mənim çiynimdədir. Durum, istəyirsiz bu dəqiqə “tərəkəmə” rəqsi edim. Nə şəkərim, nə təzyiqim var. Çalışaq paxıllıq etməyək, paxıllıq bəlası axırda insanın öz başında çatlayır”, - deyə Mustafayev əlavə edib.
Ətraflı süjetdə:
Dilşad Bəhruzqızı