Xəzər TV-də yayımlanan “Ata Ocağı” serialının aktrisası Sanura Cəfərova qızı Ayla ilə fotosunu sosial media hesabında paylaşıb.
hakimiyyet.az xəbər verir ki, aktrisa qızının 16-cı doğum gününü təbrik edib.
“Sən mənim dünyadakı ən güclü, həm də ən zəif yerimsən. Bərabər böyüdük biz. Həyatımdakı ən böyük uğurum, milyonlara sığdıra bilmədiyim qədər şükürümsən. Ad günün mübarək, qızım”, - deyə Sanura əlavə edib.
Ana və qızın fotoları sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
İzləyicilər ana və balanı ayırmaqda çətinlik çəkdiklərini bildriblər.
Sözügedən fotoları təqdim edirik: