Bakıda ər həyat yoldaşını bıçaqlayıb

Bakının Xətai rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

Belə ki, General Şıxlınski küçəsi 1A ünvanında yaşayan 1992-ci il təvəllüdlü Nadirli Jalə Əli qızı əri ilə mübahisə edərkən həyat yoldaşı onu bıçaqlayıb.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

0.30685210227966