Bir ailənin üç üzvü çiyələkdən ZƏHƏRLƏNDİ

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, rayon sakinləri - 1959-cü il təvəllüdlü İsmayılova Pakizə, 1991-ci il təvəllüdlü İsmayılova Arzuyə və 2016-cı il təvəllüdlü İsmayılova Pakizə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə pasientlər çiyələkdən zəhərləniblər.

0.60807108879089