Bakıda iki avtomobil toqquşdu: yaralı var - FOTO

Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, qəza Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan BMW  markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Hyundai”  markalı avtomobilə çırpılıb.

Hadisəni törədən BMW markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.33012413978577